Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111822
az

Nazir müavini Vahid Əhmədova cavab verdi

13:1412 İyun, 2024
103
İQTİSADİYYAT
  • A

“Azərbaycanın dövlət büdcəsinin sosial yönümlülüyü heç kimdə şübhə doğurmur. Hökumət, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial məsələlərə kompleks yanaşır, onları illik büdcə hazırlanarkən nəzərə alır”.

Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında maliyyə nazirinin müavini Azər Bayramov deyib.

Nazir müavini bildirib ki, deputatların müavinətlərlə bağlı qaldırdığı məsələ aktualdır: “Qaldırılan məsələ həssasdır. Bunun prioritet istiqamətlərdən ən vacibi olduğu heç kimdə şübhə doğurmur. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu proseslərə daha kompleks baxır. Təkliflər yəqin ki, individual qaydada yox, kompleks yanaşmadan irəli gəlməlidir. Burada təqdim olunan paketə birgə baxılması məsələsi daha öndədir. İstənilən halda sizin həyəcanla qaldırdığınız məsələ aktualdır. Yəqin ki, hökumətdə bu məsələyə baxılacaq. Bizdə bu praktika var ki, millət vəkillərini dəvət etməklə bu məsələ daha geniş müzakirə oluna bilər”.

Qeyd edək ki, deputat Vahid Əhmədov çıxışı zamanı müharibə veteranlarına verilən 80 manat müavinətin artırılmasını təklif etdiyini, lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin prinsipial olaraq bu məsələyə biganə yanaşdığını vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Balıq sevənlərə ŞAD XƏBƏR -Yeni bazarlar salınacaq
Amerika fond bazarı çökdü
Yaşa görə müavinət alanların sayı açıqlanıb

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Axtarışa verilən yeniyetmə tapıldı