Qəzza Bələdiyyəsi veridiyi açıqlamada bildirib ki, işğalçı İsrail tərəfindən su quyuları və şəbəkələrinin dağıdılması səbəbindən Qəzza xalqı həddindən artıq su qıtlığı yaşayır.
Oxu24.com xəbər verir ki, açıqlamada Qəzza şəhərində başda içməli su olmaqla su böhranının yaşandığı vurğulanıb.
Bildirilib ki, yerli əhali suya çatmaq üçün təxminən 1,5 kilometr piyada getməli olur. Qəzza Bələdiyyəsinin sözçüsü Hüsnü Mehna bildirib ki, İsrail ordusun 7 oktyabr 2023-cü ildən bəri Qəzza şəhərində 42 su quyusu və dəniz suyu təmizləyici qurğusunu məhv edib.
Mayın 31-də Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamada İsrail ordusunun onları hədəfə alması və sərhəd qapılarını bağlaması, yanacaq girişinin qarşısını alması səbəbindən Qəzza zolağında 700-dən çox su quyusunun istismar olunduğu açıqlanıb.
Fələstin Mərkəzi Statistika Bürosu və Ətraf Mühitin Keyfiyyəti üzrə Fələstin Administrasiyasının iyunun 5-də birgə bəyanatında deyilir:
"Qəzza zolağında mövcud suyun hücumdan əvvəl ümumi suyun təxminən 10-20 faizini təşkil etdiyi təxmin olunur.
İsrailin Qəzzaya hücumlarının həyata yararsız bir mühit yaratdığı, infrastrukturu geniş şəkildə məhv etdiyi, yanacaq çatışmazlığının bütün çirkab su təmizləyici qurğu və sistemlərin sıradan çıxmasına səbəb olduğu vurğulanıb.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 517-si uşaq, 10 min 279-u qadın olmaqla 37 min 164 fələstinli həlak olub, 84 min 832 nəfər yaralanıb. Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Yeganə
Mənbə: Trthaber.com
Oxu24.com
ŞƏRHLƏR