Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111654
az

Türkiyə: "İsrail qətnamə şərtlərini yerinə yetirməyə BORCLUDUR"

12:1511 İyun, 2024
96
DÜNYA
  • A

Türkiyə Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəslə bağlı qəbul etdiyi qətnaməni münaqişənin dayandırılması istiqamətində mühüm addım adlandırıb.

Oxu24.com xəbər verir ki, Türkiyə İsrailin bütün şərtləri tam yerinə yetirməyə borclu olduğunu qyd edib.

"Türkiyə BMT Təhlükəsizlik Şurasının iyunun 10-da qəbul etdiyi qətnaməni Qəzza zolağında qırğınların dayandırılması üçün mühüm addım hesab edir. HƏMAS-ın bu atəşkəs planına konstruktiv və müsbət yanaşmasını alqışlayırıq. İsrailin daimi atəşkəsə əməl etmək öhdəliyini üzərinə götürməsi və bu qərarın bütün müddəalarını tam yerinə yetirməsi zəruridir”, - deyə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Bəyanatda həmçinin qeyd olunub:

"Ankara müharibənin bitməsini, İsrailin Qəzza zolağının bütün ərazisindən çıxarılmasını, girovların və əsirlərin ikitərəfli azad edilməsini, köçkünlərin geri qaytarılmasını təmin edəcək addımlara töhfə verməyə davam edəcək".

Xatırladaq ki, iyunun 10-da BMT Təhlükəsizlik Şurası Qəzzada barışığı dəstəkləyən Amerika qətnamə layihəsini qəbul edib, Rusiya sənədlə bağlı səsvermədə iştirak etməyib.

Mənbə: Trthaber.com

Yeganə
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan: "Türkiyə-İran əlaqələri regional sabitliyin təməlidir"
ABŞ Rusiya nüvə silahı ilə HƏDƏLƏDİ: "Əlavə addımlar atmağa hazırıq"
Fransada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edildi -FOTO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
İsmayıllıda gənc oğlanın meyiti tapıldı