Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111634
az

Azərbaycandan Rusiyaya narkotik keçirmək istədi - FOTO

11:3311 İyun, 2024
82
KRİMİNAL
  • A

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 yaşlı Astara rayon sakini İlyas Dadaşov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ondan 2 kiloqram 100 qram heroin və 3 kiloqram marixuana aşkar olunub.

Araşdırmalarla İ.Dadaşovun maddi qazanc müqabilində şəxsiyyəti istintaqla araşdırılan şəxs tərəfindən narkokuryerliyə cəlb olunduğu müəyyən edilib.

O, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən həmin 5 kiloqram narkotik vasitəni sifariş əsasında Rusiya Federasiyası ilə sərhədyanı əraziyə çatdırmalı və bunun qarşılığında 1500 manat gəlir əldə etməli imiş.

Məhkəmənin qərarı ilə İ.Dadaşov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı
Ali Məhkəmənin adından istifadə edərək dələduzluq edən şəxslərə cinayət işi açıldı
Cinayətdə şübhəli bilinən 18 nəfər saxlanıldı

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı