Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111593
az

“Nadzor” işlədiyi təcridxanaya dustaq kimi getdi

20:3210 İyun, 2024
827
KRİMİNAL
  • A

Bakı İstintaq Təcridxanasında dustaqlardan rüşvət almaqda ittiham olunan Elşad Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

 

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

 

Hökmə əsasən, E.Məmmədov ittiham olunduğu maddələrlə təqsirli bilinərək 8 il 1 ay azadlıqdan məhrum edilib.

 

İbtidai və məhkəmə istintaqı dövründə azadlıqda olan E.Məmmədov məhkəmə zalında həbs edilərək, əvvəl nəzarətçisi olduğu təcridxanaya göndərilib.

 

Qeyd edək ki, R.Məmmədov Bakı İstintaq Təcridxanasında nəzarətçi işlədiyi müddətdə istifadəsi qadağan edilən telefonları yoxlamadankənar cəza çəkən şəxslərə verib. Nəzarətçi xidmətlərinin qarşılığında dustaqlardan və yaxınlarından rüşvət alıb.

 

Ona qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 317-1.2 (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi - Eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.3.2-ci  (rüşvət alma-təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha 92 milyon manat    Azərbaycana   qaytarıldı
Şəbnəmi qətlə yetirən qardaşına bu     cəza      verildi
DTX-nin həbs etdiyi İvan Svetliçnıy hakim     qarşısına     çıxarıldı