Rəsmi Ottava, Kanada Parlamentində məskunlaşan "xarici agentlər" haqqında məlumatlara görə artan çaxnaşma içərisindədir.
Oxu24.com xəbər bu barədə “Politico” məlumat yayıb.
Nəşr qeyd edir ki, Kanada Parlamentinin Milli Təhlükəsizlik və Kəşfiyyat Komitəsi qanunvericilərin ölkədəki siyasi və seçki kampaniyalarına xarici aktyorların müdaxiləsinə köməklik göstərə biləcəyini iddia edən hesabat dərc edib.
Sənəddə vurğulanır ki, adı açıqlanmayan deputatlar üçüncü dövlətin maraqları naminə öz həmkarlarına və ya parlament işlərinə təsir göstərmək üçün xarici diplomatlardan göstərişlər alırlar.
Nəşr iddia edir ki, hesabat dərc edilməzdən əvvəl senzuradan keçib.
Kanadanın müxalif Mühafizəkarlar Partiyasının lideri Pierre Poilievre-in sözlərinə görə, hökumət şübhəli deputatların adlarını açıqlamalıdır.
Bundan əvvəl Kanada hökuməti yüzdən çox Rusiya, Çin və İran tədqiqat institutunun ölkənin milli təhlükəsizliyinə “təhdid” yaratdığını iddia edirdi.
Bundan əvvəl Kanada Rusiyadan olan 30 nəfərə qarşı sanksiya tətbiq edib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR