Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111509
az

Evlərdən oğurluq edən şəxs ayaq izi ilə saxlanıldı - VİDEO

15:1410 İyun, 2024
68
KRİMİNAL
  • A

Xəzər rayonu Binə qəsəbəsində yerləşən evlərin birindən 10 min manat dəyərində qızıl-zinət əşyaları və 18 ədəd spirtli içki viskinin oğurlanması barədə polisə məlumat daxil olub.

Oxu24.com DİN-ə istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən Vüsal Məmmədli saxlanılıb.

Araşdırma zamanı onun ümumilikdə 7 evdən oğurluq etdiyi müəyyən edilib. V.Məmmədli oğurladığı qızılları Buzovna qəsəbəsində yerləşən mağazaya satıb.

Qeyd edilib ki, saxlanılan şəxs oğurluq etdiyi evlərdən birini pəncərədən tərk edən zaman mənzildə onun ayaq izləri qalıb. Polisin məhz ayaq izindən başladığı araşdırmalar sonda V.Məmmədlinin saxlanılması ilə nəticələnib. V.Məmmədli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək istədi
Tovuzda ev qarət məqsədi ilə yandırılıb - FOTO
Evdən 50 yaşlı kişinin meyiti tapılıb

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadın cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək istədi