Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11146
az

Putin də istefa verəcək – “Növbə onundur”

16:2021 Mart, 2019
972
SİYASƏT
  • A
  İstənilən prezident özündən sonrakı dövlət başçısının onun siyasətini davam etdirməsini istəyir. Hətta demokratik ölkələrin prezidentləri də varisinin ona oxşamasını istəyir ki, başlatdığı iş yarımçıq qalmasın. Bu bəzən alınır, bəzən alınmır. Məsələn ABŞ-ın hazırkı prezidenti Donald Tramp keçmiş prezident Barak Obamanın başlatdığı bütün işlərin üstündən qara xətt çəkdi.

Rusiyanın keçmiş prezidenti Boris Yeltsin 1990-cı illərin sonlarına yaxın xəstə halında varisin axtarışına bir müddət vaxt sərf etdi və sonda Təhlükəsizlik Şurasının o zamankı sədri Vladimir Putinin üzərində dayandı. Baş nazir təyin olunana qədər Putinin reytinqi yüksək deyildi. Ancaq ikinci Çeçenistan müharibəsindəki qazandığı uğur hesabına o reytinqini artırdı və rahatlıqla Kremlə köçdü. İndi özü də varis axtarışına çıxıb.

"Bloomberg” agentliyi yazır ki, Putin Nursultan Nazarbayevin "varis əməliyyatından” gələcəkdə bəhrələnə bilər. Nazarbayev prezidentlikdən getdi, ancaq faktiki hakimiyyət üzərindəki nəzarətini davam etdirəcək. Putin də eynisini edə bilər. Yəni Putin prezident müddətinin sonuna - 2024-cü ilə yaxın Təhlükəsizlik Şurasının səlahiyyətlərini artıraraq özünün təşkilatın baş katibliyinə transferini təmin edə bilər. Hadisələrin məhz bu istiqamətdə inkişaf edəcəyinə Putinin köməkçisi Vladislav Surkovun bir ay əvvəl geniş yazısında da işarə edilmişdi.

Vladislav Surkov yazısında göstərirdi ki, Putinin qurduğu dövlət əbədidir və gələcəkdə bu dövlət Putinin formalaşdırdığı irsi davam etdirəcək. İrsi davam etidirmək üçün varis lazımdır. Bu yazı Putinin sifarişi ilə yazılmışdı. Demək, Putin də elə Nazarbayevlə eyni vaxtda varis və varislik barədə düşünməyə başlayıb. Sadəcə, Nazarbayevin vaxtına az qaldığından "varis əməliyyatını” ilk olaraq o həyata keçirdi, növbədə Putindir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Avropa İttifaqı, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq
Zaxarovadan AÇIQLAMA: Ermənistansız da...
Tbilisidə polis kütləvi həbslərə başladı

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...