Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111432
az

Rusiya afrikalı tələbələri müharibəyə göndərir-İDDİA

10:2610 İyun, 2024
81
DÜNYA
  • A

"Bloomberg" xəbər agentliyinin Avropa rəsmilərinə istinadən məlumatına görə, Rusiya afrikalı tələbələri və gənc immiqrant işçiləri Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa məcbur edir, onları tələbə və iş vizalarını uzatmayacağı ilə hədələyir.

Oxu24.com bildirir ki, bu yolla orduya cəlb olunan əcnəbilər də Xarkov vilayətində gedən döyüşlərdə iştirak etmək üçün göndərilir.

Agentliyin qeyd etdiyi kimi, "Vaqner" HRM belə bir yanaşma tətbiq edirdi. Jurnalistlərin həmsöhbətlərindən biri bildirib ki, Rusiya işğalın ilk günlərindən miqrantları və əcnəbi tələbələri müharibədə iştirak etməyə məcbur edib. Onun sözlərinə görə, bu hərbçilər xüsusilə ağır itkilərə məruz qalırlar, çünki onlar Rusiya Silahlı Qüvvələrinin daha yaxşı hazırlanmış bölmələrini qorumaq üçün təhlükəli hücum əməliyyatlarında daha çox istifadə olunur.

Ukrayna kəşfiyyatının iddialarına əsasən, Rusiya ən azı 21 ölkədə, o cümlədən bir neçə Afrika dövlətində xarici muzdluları cəlb etmək üzrə qlobal siyasət aparır. “Rossotdrudniçestvo”nun rəhbəri Yevgeni Primakov bildirib ki, Rusiyada 35-37 min afrikalı tələbə təhsil alır:

"Hər il Rusiya universitetləri kvotalara uyğun olaraq pulsuz təhsil almaq üçün Afrika ölkələrindən altı minə yaxın abituriyent toplayır",-deyə Primakov qeyd edib.

Mənbə: Bloomberg.com

Yeganə

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Culaninin başına qoyulan 10 milyon mükafat ləğv edildi
Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi azaldı
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ