Qəzzada qətliam törədənlər gec-tez cavab verəcək.
Oxu24.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən D-8 Xarici İşlər Nazirlərinin Şurasının iclasında deyib.
“Qəzzanın ümidə ehtiyacı var. Fələstin gec-tez BMT-nin tamhüquqlu üzvü olacaq. D-8 ölkələri olaraq Fələstinin yanındayıq. Müstəqil Fələstin dövlətinin qurulmasından başqa seçim yoxdur”.
Qeyd edək ki, D-8 ölkələrinə Türkiyə, İran, Banqladeş, Malayziya, Nigeriya, Pakistan, Misir və İndoneziya daxildir.
Oxu24.com
ŞƏRHLƏR