Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111311
az

İran və Hindistan ikitərəfli əlaqələri genişləndirəcək

12:5508 İyun, 2024
127
DÜNYA
  • A


İranın "Mehr" xəbər agentliyinin məlumatına görə, Hindistanın baş naziri Narendra Modi bildirib ki, İran və Hindistan ikitərəfli münasibətləri genişləndirmək və regional sülh, təhlükəsizlik və rifahı gücləndirmək üçün birgə işləməyə davam edəcəklər.

Oxu24.com xəbər verir ki, hazırda İran prezidenti vəzifəsini icra edən Məhəmməd Moxber Hindistanın baş naziri Narendra Modiyə göndərdiyi mesajda dövlətlər arasında dostluq əlaqələrinin daha da genişləndirilməsinə çağırıb.

Moxber Modinin partiyasını Hindistanda keçirilən ümumi seçkilərdə qazandığı ikiqat qələbəyə görə təbrik edib. O, vurğulayıb ki, Modinin rəhbərliyi ilə Hindistan İran İslam Respublikasının əsas tərəfdaşlarından birinə çevrilib.

Moxber həmçinin bildirib ki, iki dövlətin qətiyyəti sayəsində Tehran və Dehli münasibətlərin daha da yaxşılaşmasının şahidi olacaqlar. Modi də öz növbəsində Moxberə məktub göndərib və təbrik mesajına görə təşəkkür edib. Onun sözlərinə görə, İran və Hindistan ikitərəfli əlaqələrin genişləndirilməsi və regional sülh, təhlükəsizlik və rifahın möhkəmləndirilməsi istiqamətində birgə işi davam etdirəcəklər.

Mənbə: İrna.ru

Yeganə

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şoltz     Fransaya      gedir
Əvvəl 24 saat deyirdi, indi isə100 gün     vaxt       verdi
İraqda 9 yaşlı qızlarla dini nikaha     icazə      verildi

Bu adada yalnız pişiklər yaşayır— Sirli adanın maraqlı tarixçəsi + VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Şəbnəmi qətlə yetirən qardaşına bu     cəza      verildi