Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111304
az

“Ukraynanın Rusiyadakı hərbi obyektlərə hücum etmək hüququ var”-Stoltenberq

12:0708 İyun, 2024
93
DÜNYA
  • A

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, beynəlxalq hüquqa görə, Ukrayna özünü müdafiə etmək üçün Rusiya ərazisindəki hərbi obyektlərə hücum etmək hüququna malikdir.

Oxu24.com xəbər verir ki, o, bu barədə alyansın yeni üzvü İsveçə səfəri zamanı bildirib.

Stoltenberq Stokholm hərbi bazasında İsveçin baş naziri Ulf Kristersonla keçirdiyi mətbuat konfransında deyib:

“Ukraynanın özünümüdafiə hüququ var. Bu, Rusiyanın sülhsevər, demokratik qonşu ölkəyə, heç vaxt Rusiya üçün təhlükə yaratmayan Ukraynaya qarşı başladığı təcavüzkar müharibədir",-deyə NATO-nun baş katibi bildirib.

O, əlavə edib ki, Ukraynanın Rusiya ərazisindəki hədəflərə zərbə endirmək hüququ olduğuna şübhə yoxdur.

Mənbə: Reuters.com

Yeganə

 

 

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp bütün dövlət qurumlarında bu şöbəni BAĞLADI
Dolların məzənnəsi rekord həddə YÜKSƏLDİ - İranda
İranla Azərbaycan arasında mühüm razılaşmalar əldə olundu