Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111299
az

Yuxusuzluğun çarəsi: xiyarı çarpayının yanına qoysanız...

11:0008 İyun, 2024
155
MARAQLI
  • A

Xiyar insan sağlamlığına faydaları ilə tanınan tərəvəzlərdən biridir. Yüksək miqdarda su ehtiva etdiyi üçün orqanizmə olduqca faydalı olan bu tərəvəz yay aylarında susuzluğu aradan qaldırır və arıqlamağa kömək edir.

Oxu24.com Medicina.az-a istinadən xəbər verir ki, ancaq son zamanlarda sosial şəbəkələrdə xiyarın sağlamlığa daha bir faydası gündəmdədir. Belə ki, bir ədəd xiyarı dilimləyərək çarpayının yanına qoymağın inanılmaz müsbət təsirləri olduğu iddia edilir.

İddialara görə, xiyar gecə yatağın yanına qoyulduqda sağlamlıq üçün fərqli təsir yaradır.

Sağlam bir bədən üçün yaxşı gecə yuxusu vacibdir. Çox vaxt stress, müxtəlif sağlamlıq problemləri və bəzən də istidən yata bilmirik. Həyat keyfiyyətini aşağı salan pis gecə yuxusu bütün günə mənfi təsir edə biləcək səbəblərdən biridir.

Sosial şəbəkələrdə bəzi ekspertlər gecələr yaxşı yata bilməyənlərə xiyarın qoxusundan yararlanmağı məsləhət görürlər. Bu üsul sayəsində gecələr rahat yatıb günə daha enerjili başlamaq mümkündür. Bunun üçün sadəcə xiyarı soyub nazik dilimləmək və qaynar su ilə dolu bir qaba qoymaq lazımdır. Həmin qabı yatağın yanına qoyun.

Xiyarın tərkibindəki qida maddələri qaynar suya keçir və su buxarlanmağa davam etdikcə bunlar havaya qarışırlar. Beləliklə, xiyarın ətri bütün otağa yayılır. Bu ətir gərginliyi aradan qaldırır və gecələr rahat yatmağa imkan yaradır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mandarin ördəyi haqda maraqlı FAKTLAR
Qadın ərini pişiyə görə məhkəməyə verdiö
WhatsApp-da yeni funksiyalar

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ