Bu gün ABŞ-ın Türkiyədəki səfiri Cefri Fleyk Türkiyə ilə ABŞ arasında əməkdaşlıqda mühüm addım atıldığını açıqlayıb.
Oxu24.com xəbər verir ki, O, Türkiyənin ən son F-16 Block 70 döyüş təyyarələrini aldığını və mövcud F-16 döyüş təyyarələri parkının modernləşdirilməsini elan edib.
Səfir buna görə Türkiyənin Milli Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinə minnətdarlığını bildirib və bu addımın hər iki ölkənin milli maraqlarına uyğun olduğunu vurğulayıb.
ABŞ Dövlət Departamenti bu gün yaydığı bəyanatda Türkiyənin ən son F-16 Block 70 döyüş təyyarələrini almasının mühüm hadisə olduğunu vurğulayıb: “Bu addım ABŞ-Türkiyə təhlükəsizlik tərəfdaşlığının möhkəmliyini bir daha təsdiqləyir”.
Nigar
Oxu24.com
ŞƏRHLƏR