Ərdəbil şəhərində (İranın şimalı) İsrailin xeyrinə casusluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Oxu24.com xəbər verir ki, bu barədə İran KİV-i ölkənin Kəşfiyyat Nazirliyinə istinadən məlumat yayıb.
“Saxlanılan şəxs ölkənin cənub əyalətlərindən birindəndir, sosial şəbəkələrdən biri vasitəsilə Mossad-ın yüksək rütbəli zabitləri ilə əlaqə saxlayıb və redaksiya işi adı altında ölkə daxilində Mossad üçün lazım olan məlumatları toplayıb. ”, - departamentin açıqlamasında deyilir.
Qeyd olunur ki, şübhəli şəxs ölkədən qaçmağa cəhd etsə də, saxlanılıb.
Miri
Oxu24.com
ŞƏRHLƏR