Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111075
az

İspaniyadan QƏRAR: "İsrailə qarşı başlanan iddiaya qoşulacaq"

15:3706 İyun, 2024
92
DÜNYA
  • A

İspaniya hakimiyyəti Cənubi Afrika Respublikasının (SAA) Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı başlatdığı iddiaya qoşulmağa qərar verib.

Oxu24.com xəbər verir ki, bu barədə İspaniyanın “El Salto” nəşri krallığın xarici işlər naziri Xose Manuel Albaresə istinadən məlumat yayıb.

Diplomat mətbuat konfransında deyib:

"İspaniya Qəzzadakı vəziyyətə görə Cənubi Afrika Respublikasının başladığı Beynəlxalq Ədalət Məhkəməsinin işinə qoşulmağa hazırlaşır".

"Madrid Qəzzada baş verənləri soyqırım hesab edirmi?" sualını cavablandıran Albares bu sözləri qeyd edib:

“Bu, məhkəmənin işidir və İspaniya hökmü müdafiə edəcək”.

Qeyd edək ki, İspaniya ilə İsrail arasında münasibətlər Madridin Fələstini dövlət kimi tanımasından sonra pisləşib. İsrail Madriddəki səfirini geri çağırıb. Mayın 27-də isə İsrailin xarici işlər naziri İsrael Katz bildirib ki, ölkənin Xarici İşlər Nazirliyi İspaniyanın Qüdsdəki konsulluğuna İordan çayının qərb sahilindəki fələstinlilərə konsulluq xidmətləri göstərməsini qadağan etməyi əmr edib.

Mənbə: Bloomberg.com

Yeganə

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Amerikalılar Rusiyaya raket zərbələri endirirlər" -Peskovdan KRİTİK AÇIQLAMA
Ərdoğan “Yaprak Dökümü”ndəki məşhur replika ilə müxalifəti TƏNQİD ETDİ
İranda dəhşətli qəza: 10 ölü, 17 yaralı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ