Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110905
az

Azərbaycanda daha 52 dövlət əmlakı özəlləşdirilib

12:4705 İyun, 2024
86
İQTİSADİYYAT
  • A

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 4 obyekt, 47 nəqliyyat vasitəsi və 24,5 ton metal çiv satılıb.

Oxu24.com quruma istinadən xəbər verir ki, özəlləşdirilən obyektlər Gəncə şəhərində, İmişli və Saatlı rayonlarında yerləşir.

Gəncədəki “Beton və məhlul istehsal edən sahə” alıcıların marağına səbəb olub. Belə ki, ilkin qiyməti 47 500 manat olan adıçəkilən əmlaka edilən təklif 3 dəfə artaraq 148 000 manat olub. Bu obyektin ümumi faydalı sahəsi 383 kvadratmetr, torpaq sahəsi isə 3 700 kvadratmetrdir.

24,5 ton metal çiv üzrə keçirilən hərrac rəqabətli olub. Belə ki, ilkin qiyməti 5 000 manat olan metal çiv 13 600 manata satılıb.

Satılan nəqliyyat vasitələri daha çox Avropa və Yaponiya istehsalıdır.

Hərracda satılan əmlakların siyahısı ilə //clck.ru/3B56Wz linki vasitəsilə tanış olmaq olar.

Növbəti hərraclar 11 və 25 iyun tarixlərində keçiriləcək.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər beh ödəyərək iştirakçı statusu əldə etmək olar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident ehtiyat fondundan AAYDA-ya 10 milyona yaxın    pul    ayırdı
Qızıl və    gümüş    bahalaşdı
Komitə sədrindən pensiya artımı ilə bağlı  AÇIQLAMA

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Şirkət maşınına basqın edib 127 min apardılar- Polis yaxaladı - Video