Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110889
az

Elçin Sadıqovu hədələyən şəxs həbs olundu

10:0705 İyun, 2024
104
KRİMİNAL
  • A

Vəkil Elçin Sadıqova qarşı nalayiq ifadələr işlədərək onu hədələyən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Oxu24.com xəbər verir ki, bu barədə Elçin Sadıqov "Facebook" profilində bildirib.

Onun sözlərinə görə, ona qarşı xuliqanlıq edən şəxsin Arif Tağıyev olduğu müəyyən edilib.

Onun barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə A.Tağıyev inzibati qaydada 5 sutka həbs edilib.

Qeyd edək ki, E.Sadıqov bir neçə gün əvvəl avtomobilini park edərkən digər maşından düşən sürücü tərəfindən ona nalayiq ifadələrlə irad bildirildiyini, növbəti dəfə belə olarsa, vəkilə və avtomobilinə xəsarət yetirəcəyi ilə hədələdiyini bildirmişdi. Vəkil məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha 92 milyon manat    Azərbaycana   qaytarıldı
Şəbnəmi qətlə yetirən qardaşına bu     cəza      verildi
DTX-nin həbs etdiyi İvan Svetliçnıy hakim     qarşısına     çıxarıldı