Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110833
az

“Quska” həbsdə aclığa başlayıb

15:2704 İyun, 2024
79
CƏMİYYƏT
  • A

Altı illik həbs müddətinin başa çatmasına az qalmış yeni ittihamla cinayət məsuliyyətinə cəlb edilən sabiq deputat Hüseyn Abdullayev aclıq aksiyasına başlayıb.

Bu barədə “Qafqazinfo”ya onun vəkili Cavad Cavadov məlumat verib.

Vəkil deyib ki, H.Abdullayev ona qarşı irəli sürülən yeni ittihama etiraz olaraq saxlanıldığı Bakı İstintaq Təcridxanasında aclıq edir: “Aksiyanın digər səbəbi də müvəkkilim barəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Qanunsuz həbslərlə bağlı İşçi Qrupunun 24-28 avqust 2020-ci il tarixdə keçirdiyi 88 saylı sessiyasında qəbul etdiyi qərarın icra edilməməsidir. Həmin qərara əsasən, onun BMT-nin Cenevrə Konvensiyasına uyğun olaraq siyasi sığınacaq pasportu olmasına və təqib olunduğu ölkəyə verilməsi qadağan olunduğu halda heç bir deportasiya, ekstradisiya qərarı olmadığı halda faktiki olaraq oğurlanaraq 21 aprel 2018-ci ildə Türkiyədən Azərbaycana gətirilməsi, onun burada məhkum edilməsi qanunsuz hesab edilib, onun azadlığa buraxılması tələb olunub”.

Cavad Cavadov qeyd edib ki, Hüseyn Abdullayevin aclıq etməsi ilə bağlı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə məlumat verilib.

Qeyd edək ki, Hüseyn Abdullayev cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur. Onun haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ötən həftə 770 hektar ərazi           minalardan     təmizlənib
Söyüdlü qızıl yatağının işlənməsinə     icazə    veriləcək
TƏBİB rəhbərindən saxta plastik cərrahlarla    bağlı       AÇIQLAMA

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Təcili tibbi yardıma 800 minə yaxın    müraciət    olub
“Ayıcıq” bağçasında iş adı ilə insanları aldadan şəxs tutuldu- Video