Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110816
az

"Qafqaz Qartalı - 2024" birgə təliminin açılış mərasimi keçirilib - VİDEO

13:4404 İyun, 2024
83
HƏRBİ
  • A

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə Azərbaycanda keçirilən "Qafqaz Qartalı - 2024" birgə təliminin açılış mərasimi keçirilib.

Oxu24.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə Azərbaycan, Türkiyə və Gürcüstan respublikalarının müdafiəsi və suverenliyinin qorunması uğrunda həlak olmuş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər üç ölkənin Dövlət Himnləri səsləndirilərək dövlət bayraqları qaldırılıb.

Açılış mərasimində Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsini icra edən general-mayor Akif Pirverdiyev çıxış edərək, Müdafiə Nazirliyi rəhbərliyinin təbrikini şəxsi heyətə çatdırıb, təlim iştirakçılarına uğurlar arzulayıb.

Mərasimin rəsmi hissəsi başa çatdıqdan sonra təlim iştirakçıları üçün "Zirvədən-Zirvəyə, Qafqaz Qartalı!" adlı konsert proqram təqdim olunub.

Bədii proqramda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin hərbi orkestri, Bakı Xoreoqrafiya Akademiyasının və "Səma" rəqs ansamblının üzvləri yer alıblar.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Snayperlər şərti düşmən hədəflərini məhv etdi - VİDEO
ABŞ Rusiyanın MiQ-31BM-nin əsas üstünlüyü adlandırıb
“Birləşdik-2024” təliminin taktiki epizodu nümayiş etdirilib

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Yabanı halda bitmiş çətənə kolları məhv edildi