Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110761
az

Fermerlər  traktorları ilə etiraz aksiyası keçiriblər

21:3803 İyun, 2024
87
DÜNYA
  • A

Fransa və İspaniyada fermerlər kənd təsərrüfatı sektorunda iş şəraitinin yaxşılaşdırılması üçün kömək istəmək üçün sərhədin hər iki tərəfində etiraz aksiyalarına başlayıb və traktorları ilə yolu bağlayıblar.

 

Oxu24.com xəbər  verir  ki, yerli medianın məlumatına görə, Fransada bir qrup fermer tərəfindən yaradılmış "Ultras de l'A64" icmasının çağırışı ilə bir çox fermer Fransa-İspaniya sərhədində bir araya gəlib.

 

Fermerlər kənd təsərrüfatı sektorunda iş şəraitinin yaxşılaşdırılmasına kömək tələbi ilə traktorları ilə yolu bağlayıb, Avropa Parlamenti seçkiləri öncəsi hökumətə və Avropa İttifaqına təzyiq göstəriblər.


Oksitaniya bölgəsində, Yuxarı Pireney, Yuxarı Qaron, Ariege və xüsusilə Şərqi Pireney adaları daxil olmaqla 7 nöqtədə yol nəqliyyat üçün bağlanıb.

 

Bu arada, Fransa-İspaniya sərhədində yerləşən Pireney-Şərq Qubernatorluğunun X hesabından edilən açıqlamaya görə, sərhədin hər iki tərəfində fermerlərin etirazları səbəbiylə A9 və AP7 magistrallarının hər iki istiqaməti nəqliyyata bağlanıb.

 

Səhər saatlarında başlayan və sərhədin hər iki tərəfində nəqliyyatın qarşısını alan aksiyanın 24 saat davam edəcəyi gözlənilir.

 

2024-cü ilin yanvar ayından etibarən bir çox Avropa ölkələrində bir çox fermerlərin etiraz aksiyaları keçirilir.

 

Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Stoltenberqin optimist bəyanatı
Lukaşenko ölkədə fəlakətə normal reaksiya verilməməsini tənqid edib

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Yabanı halda bitmiş çətənə kolları məhv edildi