Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11035
az

Afətə görə işdən çıxarılan tibb işçilərinin yeni şok videosu yayıldı

12:3618 Mart, 2019
1432
OXU24 TV
  • A
 
Ötən həftə işdən azad edilən Şəki Mərkəzi Rayon Xəstəxanasının tibb işçilərinin yeni görüntüləri yayılıb.


Oxu24.com -un  oxu.az-a istinadən məlumatına görə, onlardan ikisinin "Tik-Tok" adlı proqramda xəstəxanada çəkilən videoları sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Qeyd edək ki, daha əvvəl onlar Afət Fərmanqızının ifa etdiyi mahnıya çəkdikləri videoya görə işdən azad olunublar.

Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Onlardan bəzisi bunu əyləncə xarakterli video qəbul etsə də, böyük əksəriyyəti tibb işçilərinə yaraşan addım olmadığını hesab edib.

Tibb işçiləri məsələ ilə bağlı televiziyalara və aparıcı Tarix Əliyevə müraciət edib. Tarix Əliyev mövzu ilə bağlı özünün sosial hesabından paylaşım edərək onları müdafiə edib.

Xatırladaq ki, daha əvvəl yayılan videoda yer alan tibb işçilərindən biri, görüntülərin nahar vaxtı çəkildiyini qeyd etsə də, Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi açıqlamasında videonun iş saatları çərçivəsində xəstəxananın cərrahi blokunda qeydə alındığını bildirmişdi.

Onu da əlavə edək ki, hüquqşünaslar Əmək Qanunvericiliyinə əsasən, sözügedən görüntülərdə heç bir qanun pozuntusu qeydə alınmadığı üçün, şəxslərin işdən azad edilməsi üçün səbəb olmadığını deyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əncir yarpağında balıq dolması belə hazırlanır
1000 ildir ki, Şamaxıdakı dağın başında dayanan nədir?
Azərbaycanda bitən bu bitki adamı DƏLİ EDİR - DİQQƏT!

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil