Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109545
az

Unun qiyməti qalxdı

21:4621 May, 2024
468
CƏMİYYƏT
  • A

Azərbaycanda un bahalaşıb.

 

Oxu24.com  xəbər verir ki, aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Bu ay isə qiymət 27 manat 35 qəpiyə qədər artıb.

 

Qiymət artımını satıcılar da təsdiqləyirlər. Buna əsas səbəb isə məhsulun azlığı göstərilir.

 

İqdisadçı Xalid Kərimli deyir ki, Azərbaycan buğdaya olan tələbatı əsasən idxal hesabına qarşılayır. Onun sözlərinə görə, Ukrayna və Rusya arasında gərginliyin davam etməsi və məhsuldarlıqda yaranan narahatlıq qiymətlərə təsir edən əsas amillərdəndir.


 

Ekspert hesab edir ki, məhsul yığımındakı çətinliklər aradan qalxmasa, qiymətlərin enəcəyi real görünmür.

 

Daha ətraflı videomaterialda:

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu müəllimlərin də maaşı artacaq - RƏSMİ
Bakının bu küçəsi təmir olunur - VİDEO
Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ