Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çoxqütblü dünyanın əsasını təşkil edən birliklərdən biri olaraq qalır.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Astanada keçirilən ŞƏT XİN başçılarının iclasında bildirib.
Rusiya XİN başçısı Monqolustan ŞƏT-ə üzv olmaq üçün növbəti namizəd olduğunu söyləyib. Bildirib ki, Monqolustan təşkilatın məkanına təbii şəkildə uyğun gəlir.
Lavrov iyul sammitindən Belarusun ŞƏT-in daimi üzvü olacağını da qeyd edib.
Oxu24.com
ŞƏRHLƏR