Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109434
az

Ərdoğan Azərbaycana qaytarılan 4 kənddən danışdı

08:2921 May, 2024
138
MANŞET
  • A

Azərbaycan Ermənistanla uzunmüddətli sülhə sadiqliyini dəfələrlə nümayiş etdirib. Yerevandan da oxşar mövqe gözləyirik.

OXU24.COM xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasının yekunlarına dair brifinqdə bildirib.

Türkiyə lideri əmin edib ki, Ankara Bakı ilə İrəvan arasında uzunmüddətli sülhün nail olunmasına maksimum töhfə verməyə davam edəcək.

“Türkiyə Azərbaycanın mövqeyini dəstəkləyib və dəstəkləyir”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Eyni zamanda, siyasətçi Ermənistan tərəfindən işğal olunmuş 4 kəndin Azərbaycana qaytarılması barədə razılaşmadan məmnunluğunu ifadə edib.

Türkiyə dövlətinin başçısı Azərbaycanla əlaqələrin səviyyəsini yüksək qiymətləndirib və buna misal olaraq Türkiyənin zəlzələdən zərər çəkmiş Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin tikintisi layihəsini qeyd edib. “Kahramanmaraşda tikilən evlər ölkələrimiz arasındakı qırılmaz qardaşlıq bağlarının növbəti simvoludur”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İtkin düşən alpinistlərin axtarışı dayandırıldı - Əlverişsiz havaya görə
Rəsmi Bakıdan ABŞ səfirliyinə CAVAB
Naxçıvanda yeni İES tikiləcək

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi