Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10943
az

NBC bank prezidentin fərmanını saymadı, vətəndaşın maşını həyətindən oğurlandı

13:3215 Mart, 2019
1209
KRİMİNAL
  • A
 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin problemli kreditlərin həlli ilə bağlı məlum Fərmanının icrasının həyata keçirildiyi bir vaxtda bir sıra banklar vətəndaşlara qarşı qanunsuz hərəkətlərə yol verir.

Oxu24.com   Femida.az -a istinadən    xəbər verir ki,   Ağdam  rayonundan  məcburi  köçkün olan hazırda  Nizami  rayonu Ş.Mirzəyev küçəsi ev 38, mənzil 11-də məskunlaşan Ələkbərov Vüsal Slavik oğlu iddia edib ki, evdə olmadığı müddətdə NBC bankın əməkdaşları ona məxsus avtomobili həyətdən qaçırıb. Hadisə 2019-cu ilin fevralın 14-də baş verib. Vətəndaş avtomobilinin oğurlandığını zənn edərək Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə müraciət edib. Nizami rayonu,25-ci polis bölməsinin əməkdaşlarının araşdırmasından sonra vətəndaşa məxsus 99-EG-543 dövlət nömrə qeydiyyat nişanlı “Renault Logan” markalı avtomobilin NBC bank tərəfindən aparıldığı məlum olub.Bundan sonra banka yaxınlaşan vətəndaş avtomobilinin hansı əsasla götürüldüyünü öyrənmək istəsə də,cavab ala bilməyib. Bank əvvəlcə avtomobilin onlarda olmadığını bildirsə də, sonradan avtomobilin onlarda olduğu bildirilib.

Vətəndaş adı qeyd olunan bankdan kredit götürdüyünü və həmin pulla avtomobil aldığını qeyd edib.

“2013-cü ildə NBC bankdan 16500 manat kredit götürdüm. Razılğa uyğun olaraq hər ay ödənişi edirdim. Sonradan ölkədə dollar qalxdı. Həmin ərəfədə mənə bankdan zəng gəldi ki, kreditim manatla yox,dollarla rəsmiləşdirlib. Bundan mənim xəbərim belə olmayıb. Banka həmin müddətdə çox az borcum qalmışdı. Dollar qalxmamışdan əvvəl ayda 392 manat ödəməli idim. Ayda 400 manatdan ödəyirdim. Dollar qalxandan sonra bankdan bildirdilər ki, ayda 700 manat ödəməliyəm. Buna imkanım çatmadığı üçün məhkəməyə verdilər.”


Vüsal Ələkbərovun sözlərinə görə,ilk məhkəmə prosesi 2017-ci ildə baş tutub. Bank vətəndaş krediti ödəməkdə çətinlik çəkdiyi müddətdən 2 il sonra onu məhkəməyə verib. Vətəndaş iddia edir ki, burada məqsəd faiz borclarının yığılmasını gözləmək və vətəndaşdan daha çox pul almaq məqsədi güdülüb.


“2017-ci ildə Abşeron rayon məhkəməsində hakim bildirdi ki, məbləğin böyük hissəsini ödəmişəm.Ona görə də hakim məsləhət bildi ki, problemi bankla aramızda həll edək.Biz də razılğıa gəldik. Ayda 200-250 manat pul ödəyirdim. Ümumi 14 min manata yaxın banka pul ödəmişəm. Keçən aya qədər də pulu ödəmişəm. Yəni, aylıq gücüm çatan qədər ödəniş etmişəm. Özüm taksi işləyirəm. Bir aydır ki, maşınımı qanunsuz saxlayıblar. Hətta xəstə övladımın reseptləri də maşında qalıb. Onu götürməyə belə icazə vermirlər. Bankın əməkdaşı Azər Hüseynli əvvəlcə mənə bildirdi ki, bizə sübut edə bilməzsən ki, maşını biz götürmüşük. Mən də eyni sözləri gəlib Nizami rayonu, 25-ci polis bölməsinin tədqiqatçısı Arif müəllimə dedim. Tədqiqatçı dedi ki, biz bank əməkdaşlarına qarşı hər hansı bir hərəkət edə bilmərik. Bizim paqonumuzu sökərlər. Bundan sonra davamlı olaraq 102 xidmətinə şikayətlər etdim. Axırda bank etiraf etdi ki, avtomobil onlardadır.”

Vüsal Ələkbərov bildirib ki, bank ona qarşı qanunsuzluq edib. Taksi sürücüsü olaraq çalışan vətəndaş avtomobilinin qanunsuz olaraq götürüldüyünü iddia edir.


Femida.az  məsələ ilə bağlı  NBC  bankla  əlaqə  saxlayıb. Bankın Problemli Kreditlərlə İş üzrə Şöbəsinin rəhbəri Azər Hüseynli bildirib ki, banka avtomobili vətəndaş özü könüllü olaraq təhvil verib.

“Vətəndaşın bizim banka müəyyən məbləğdə borcu var.Onu ödəməkdə çətinlik çəkdiyi üçün müəyyən razılaşma əldə olunmalıdır.Vətəndaş isə bu razılığa gəlmir. Məhkəmənin qərarı var ki, Vüsal Ələkbərovun banka olan borcu ödənməlidir. Vətəndaş borcunu ödəmədiyi halda bankla razılıq əldə olunmalı idi. O, banka gələrək bizimlə kobud davrandı.”, deyə bank əməkdaşı bildirib.
Vətəndaş özü avtomobili könüllü olaraq sizə təhvil veribsə, niyə polisə müraciət edilib, sualına bankın əməkdaşı cavab verməkdə çətinlik çəkib.

Araşdırmamız zamanı məlum olub ki, vətəndaşın avtomobili bank tərəfindən evakuator xidməti vasitəsi ilə ərazidən aparıldıqdan sonra Nizami Rayon İcra Şöbəsinin əməkdaşları banka dəvət olunub. Avtomobil bankın saxlanc yerinə qoyulduqdan sonra orada icra şöbəsinin əməkdaşları sənədləşmə işləri aparıb. Yəni, vətəndaşın avtomobili icra şöbəsi tərəfindən yox, bankın əməkdaşları tərəfindən ərazidən aparılıb.



Nizami rayon İcra və Probasiya Şöbəsindən verilən rəsmi sənəddə qeyd olunur ki, Abşeron Rayon Məhkəməsinin 19.10.2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı bankın iddiasına qismən təmin edilərək ümumilikdə 5481.85 ABŞ dolları məbləğində borcun və 31 manat məhkəmə xərcinin tutularaq banka ödənilməsi qərara alınmışdır. Bankın müraciəti əsasında işin icra olunması həyata keçirilib.


Mövzu ilə bağlı Femida.az-a açıqlama verən hüquqşünas Nicat Gözəlov bildirib ki, bankın bu hərəkəti tamamilə qanunsuzdur .

“Avtomobilin vətəndaşa məxsus yaşayış ərazidən məhkəmənin qərarı olmadan özbaşına götürlməsi oğurluq kimi qəbul edilə bilər. Bir qayda olaraq icra prosesləri hər iki tərəfin iştirakı və rəsmiləşdirilmiş sənəd şəklində həyata keçirilir. Burada isə vətəndaşın evdə olmamasından istifadə edilərək avtomobilin ərazidən aparılması faktı var. Hesab edirəm ki, buna hüquq müstəvisində aydınlıq gətirilməlidir. Bundan əlavə ölkə prezidentinin problemli kreditlərlə bağlı məlum sərəncamından sonra vətəndaşlara qarşı qaldırılmış məhkəmə işləri dayandırılıb. Məhkəmədə olan işlər geri çağırılır və icra prosesləri təxirə salınıb. Bu qədər işlərin görüldüyü bir vaxtda vətəndaşa məxsus avtomobilin bank tərəfindən qanunsuz saxlanılması qanunsuzluqdur”, deyə hüquqşünas bildirib.
Qeyd edək ki, vətəndaşın şikayəti əsasında hazırda Nizami rayon prokurorluğunda araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Xaçmazda evdən qadının meyiti tapıldı