Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109351
az

Həftəsonu kiberdələduzlar 38 min manata yaxın pulu ələ keçiriblər

15:2720 May, 2024
92
KRİMİNAL
  • A

"Cinayətkar qruplar xarici nömrələr vasitəsilə ayrı-ayrı vətəndaşlara zənglər edərək onların bank kartı məlumatlarını əldə etməklə hesablarında olan vəsaitləri kiber üsullarla talamaqda davam edirlər".

Oxu24.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, mayın 18-19 tarixlərində vətəndaşlara aid 9604, 6500, 5075, 2720, 1700, 1700, 1432, 1347, 1340, 1200, 1123, 975, 560, 490, 460, 400, 318, 300, 250, 160, 100, 43 vəsaitlər oğurlanıb:

"Bütün faktlar bir üsulla – şəxsi məlumatları vətəndaşların tanımadığı şəxslərə verməsi nəticəsində baş verib. Ən yüksək məbləğ, “faiz hesablanmadan əlavə kredit xətti açılması” ilə bağlı 9604-dır, “bankdandır, karta müdaxilə var, hesabınızdan pul oğurlanma riski yaranıb, aradan qaldırmağa çalışırıq”, -deməklə 6500 manat pul da çıxarılıb. Digər faktlar da eyni məzmunludur. Hesabınıza kimsə pul köçürmək istəyirsə, 16 rəqəmdan əlavə məlumatları verməyin. Əgər hər hansı cəlbedici təkliflərə inanmaq istəyirsinizsə, müştərisi olduğunuz bankla əlaqə saxlayın, informasiyanı yoxlayın, əks halda pul vəsaitinizi itirəcəksiniz".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda zibil    qutularını    oğurladılar
Cinayətdə şübhəli bilinən 45     nəfər     saxlanıldı
Ağır qəza yenə can aldı

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bakıda zibil    qutularını    oğurladılar