Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109000
az

Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlandı

11:1416 May, 2024
88
KRİMİNAL
  • A

Yardımlı rayonunda narkokuryerlərdən 15 kiloqram marixuana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə paytaxt sakinləri Bədir Mürsəlov, Şəhriyar Əndəlifov və Mahir Abdullayev saxlanılıblar. M.Abdullayevin idarə etdiyi "Toyota" markalı avtomobilə baxış zamanı 15 kiloqram marixuana, Bədir Mürsəlovun üzərindən isə metadon həbləri aşkarlanıb.

Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.

Qeyd edək ki, Yardımlı RPŞ-nin əməkdaşları cari ildə 126 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıblar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Meyitləri tapılan ər-arvadın 4 gün öncə övladı ölübmüş...- VİDEO
"Təfəkkür" Universitetinin sabiq rektorunun cəzası qüvvədə qaldı
Arvadını öldürmək istəyən kişi həbs edildi

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY
Çində ən kiçik dinozavr yumurtası tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Antibiotiklərə görə milyonlarla insan ölə bilər
Meyitləri tapılan ər-arvadın 4 gün öncə övladı ölübmüş...- VİDEO