Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108951
az

Baş nazirə sui-qəsd Slovakiya demokratiyası üçün görünməmiş təhlükədir - Pelleqrini

21:1015 May, 2024
125
DÜNYA
  • A

Dövlətin ən yüksək səviyyəli nümayəndələrindən biri olan Baş nazir Roberto Fikoya qarşı sui-qəsd Slovakiya demokratiyası üçün görünməmiş təhlükə yaradır.

OXU24.COM  xəbər verir ki, bu barədə Slovakiyanın seçilmiş Prezidenti Peter Pelleqrini sosial şəbəkədəki səhifəsində yazıb.

“Fərqli siyasi baxışlara nifrətin nəyə gətirib çıxara biləcəyindən dəhşətə gəlirəm. Biz hər şeydə razılaşmaq məcburiyyətində deyilik, lakin fikir ayrılığımızı demokratik və hüquqi yolla ifadə etməyin bir çox yolu var”, - o qeyd edib.

Pelleqrini onu da əlavə edib ki, insanlar müxtəlif siyasi fikirləri seçki məntəqələrində deyil, küçələrdə silahla ifadə etsələr, Slovakiyanın müstəqil olduğu son 31 ildə qurduğu bütün demokratik dəyərləri təhdid etmiş olacaqlar.

“Baş nazirə tezliklə sağalmağı arzulayıram və həqiqətən də belə mənasız və qəddar hərəkətin ümumbəşəri qınaq obyektinə çevrilməsini istəyirəm”, - o deyib.

Qeyd edək ki, Peter Pelleqrini sui-qəsd cəhdi ilə əlaqədar xarici səfərini yarımçıq qoyaraq vətəninə qayıdır

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İranla Azərbaycan arasında mühüm razılaşmalar əldə olundu
79 nəfərə məzar olan hoteldən dəhşətli kadrlar – VİDEO
Tramp qılıncla səhnədə rəqs etdi -VİDEO