Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108873
az

Yeni qərar əlillik dərəcələrinin verilməsinə necə təsir göstərəcək?

11:2015 May, 2024
104
İQTİSADİYYAT
  • A

"Nazirlər Kabineti “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə qərar qəbul edib. Qiymətləndirmə göstərir ki, son qərar əlillik dərəcələrinin verilməsini asanlaşdıracaq".

Oxu24.com xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, müddət gözlənilmədən göndəriş (forma 88) verilməsinə əsas verən xəstəliklərin sayı 73-ə çatdırılır:

"Bu qəraradək siyahıda yalnız 5 xəstəlik var idi. Bu o deməkdir ki, müddət gözlənilmədən göndəriş verilməsinə əsas verən xəstəliklərin siyahısına 68 xəstəlik əlavə olunur. Deməli, səhəttində bu xəstəliklərdən hər hansı biri müəyyən olunan vətədanşlarımız üçün müddət gözlənilmədən göndərişlər veriləcək. Belə ki, bu qəraradək həkim-məsləhət komissiyaları tərəfindən əlilliyinin qiymətləndirilməsi məqsədilə göndərişlərin rəsmiləşdirilməsi üçün minimum 6 ay müalicə müddəti tələb olunurdu. Artıq həmin xəstəliklər üzrə bu müddətə ehtiyac olmayacaq. Müddət gözlənilmədən forma 88 rəsmilləşdiriləcək".

Deputat qeyd edib ki, digər mühüm məqam əlilliyin qiymətləndirilməsi məqsədilə təkrar müraciət zamanı xəstəliyin klinikası nəzərə alınmaqla minimal müalicə müddətlərinin müəyyən olunmasıdır:

"Bununla yanaşı, göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərar artıq dərhal qəbul ediləcək. Əvvəllər bunun üçün 3 gün müddət müəyyənləşdirilmişdi. Bütövlükdə, yeni qərar əlillik dərəcələrinin verilməsi proseduralarını azaltmaqla yanaşı bu sahədə əlçatanlığı artıracaq".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran pulunu dəyişir - Pezeşkiandan təcili qərar
Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi azaldı
Bu layihə III oxunuşdan keçdi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ