“Wagner” PMC-nin rəhbəri və rusiyalı iş adamı Yevgeni Priqojinin Sankt-Peterburqdakı Poroxovskoye qəbiristanlığında məzarı betonla doldurulub.
OXU24.COM xəbər verir ki, müvafiq fotonu “Fontanka” nəşr edib.
Nəşrin müəlliflərinin fikrincə, yaxın vaxtlarda orada abidə peyda ola bilər. Bunun konkret nə olacağı hələ açıqlanmayıb.
Ehtimallara görə, Priqojinin məzarı yanındakı abidə iyunun 1-də açılacaq.
Qeyd edək ki, bu gün "Wagner PMC"nin yaradıcısının 63 yaşı tamam olacaqdı.
Bundan əvvəl Krasnodar diyarında Yevgeni Priqojin və Dmitri Utkinin abidəsinin ucaldıldığı bildirilirdi .
Oxu24.com
ŞƏRHLƏR