Belçika Sosialist Partiyasının rəhbəri Paul Magnette “qlobal sərvət vergisi”nin tətbiqini təklif edib.
Oxu24.com xəbər verir ki,O, bu barədə Financial Times-a müsahibəsində bildirib.
“İqlim keçidini maliyyələşdirmək istəyiriksə, bizə pul lazımdır. İdeal olaraq ümumdünya sərvət vergisi və ya heç olmasa Avropa səviyyəsində”, - Magnette bildirib.
Belçika Sosial Partiyasının rəhbəri iddia edir ki, Avropa ölkələrinin əhalisi arasında belə bir tədbirə tələbat “çox yüksəkdir”.
Əvvəllər bildirilirdi ki, Aİ ölkələri müdafiə xərclərini artırmaq qərarına gəlib və Avropa Komissiyasına 2024-cü ilin iyun ayına qədər müvafiq hesabat təqdim etməyi tapşırıb. Bu barədə Aİ-yə üzv dövlətlərin başçılarının görüşünün yekunları üzrə qəbul edilmiş sənəddə deyilir
Avropa Şurası Aİ Şurasına və Avropa Komissiyasına maliyyələşmənin mümkün variantlarını öyrənməyi və iyun ayına qədər bu barədə hesabat təqdim etməyi tapşırıb.
Avropa İnvestisiya Bankı Aİ-nin müdafiə sənayesinin kreditləşdirilməsi ilə bağlı siyasətini təkmilləşdirməli olacaq.
Bundan əvvəl Avropa İttifaqı ABŞ-ın “müdafiə çətirinin” mümkün itirilməsi ilə bağlı narahatlığını ifadə edib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR