Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videolarından birində danışıb.
OXU24.COM xəbər verir ki, sərvətinin təxminən yarım milyard dollar olduğu təxmin edilən 46 yaşlı dünyaca məşhur İT milyarderi qalmaqallı reputasiyaya malikdir. O, pulunun çox hissəsini gəncliyini qorumaq üçün xərcləyir. Brayan Conson hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyir.
Gənc görünüşünü qorumaq üçün milyonlar xərcləyən texnologiya maqnatı hər gün şokolad yeməyi tövsiyə edir.
Conson son videosunda "Əzrayılı aldatmaq" üçün hər gün şokolad yediyini deyib.
"Bəzən özümüz üçün yaxşı olanı etmirik. Düzgün keyfiyyətli kakao növü sağlamlığınız, beyniniz, ürəyiniz və əhvalınız üçün faydalıdır. Əgər yüksək keyfiyyətli şokolad almaq istəyirsinizsə, bir neçə şeyə diqqət yetirin: ilk olaraq , o, təmiz kakao, ikincisi, Hollandiya markası olmaldır. Üçüncüsü isə tərkibində ağır metalların olub olmadığını yoxlayın".
Milyonçu qeyd edib ki, ərzaq supermarketlərə gəlib çatana qədər, onun keyfiyyətini qorumaq üçün müəyyən prosesdən keçirirlər".
Yaşlanma prosesini tərsinə çevirmək fikrinə qapılan Conson hətta bir dəfə öz oğlunun qanını özünə ineksiya şəklində vuracaq qədər irəli gedib. Etdiyi əməl ona mənfi reputasiya qazandırsa da, Conson bunun ciddi məşq və pəhrizi əhatə edən son dərəcə mürəkkəb gündəlik "Layihə Planı" rejiminin bir hissəsi olduğunu bildirib.
Oxu24.com
ŞƏRHLƏR