Ukrayna Rusiya Federasiyası ilə sərhədyanı ərazilərdə əməkdaşlıq haqqında sazişdən çıxıb.
Oxu24.com xəbər verir ki,bu barədə Ukrayna hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk öz Telegram kanalında məlumat verib.
O xatırladıb ki, bu sənəd 1995-ci il yanvarın 27-də Xarkovda imzalanıb.
Melniçuk onu da bildirib ki, ölkəsi Belarusla bitki sortlarının dövlət sınağı və mühafizəsi sahəsində əməkdaşlıq haqqında sazişdən çıxıb. Söhbət 2004-cü il mayın 21-də Minskdə imzalanmış sənəddən gedir.
Aprelin 21-də Ukraynanın fövqəladə halların qarşısının alınması mövzusunda Belarus Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığı kəsdiyi bildirilib.
Martın 8-də Ukraynanın Müstəqil Dövlətlər Birliyi (MDB) ilə silahlı qüvvələr və sərhəd qoşunları haqqında sazişdən çıxdığı məlum olub.
Fevralda Ukrayna MDB çərçivəsində üç sazişdən çıxdı. Xüsusilə, söhbət hərbi daşımaların aparılması prinsipləri və proseduru haqqında sazişlərdən, eləcə də tibb sahəsində əməkdaşlığa dair iki sazişdən gedir.
Əvvəllər Ukrayna Rusiya Federasiyası, Suriya, İran, Belarus və MDB çərçivəsində bağlanmış bir sıra müqavilələri pozub.
Nigar
Oxu24.com
ŞƏRHLƏR