Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106647
az

Azərbaycan və Pakistan iki saziş hazırlayır

17:3420 Aprel, 2024
69
SİYASƏT
  • A

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanması üzərində işləyirlər.

OXU24.COM  xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Kəraçi Ticarət və Sənaye Palatasının (KTSP) prezidenti İftixar Əhməd Şeyx ilə görüşdə bildirib.

O, KTSP üzvlərinə Azərbaycan Nazirlər Kabinetinin 22 noyabr 2022-ci il tarixli qərarına əsasən, Pakistandan idxal olunan düyünün 2027-ci il dekabrın 31-dək idxal gömrük rüsumundan azad edilməsi barədə məlumat verib.

Səfir qeyd edib ki, əvvəlki illərlə müqayisədə 2023-cü ildə ölkələr arasında ticarət dövriyyəsi xeyli artaraq 100 milyon ABŞ dollarını ötüb.

X.Fərhadov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Pakistana LNG tədarükünün bərpasının, eləcə də enerji və informasiya texnologiyaları sektorlarına qarşılıqlı investisiyaların qoyulmasının hər iki ölkənin iqtisadiyyatına töhfə verəcəyini vurğulayıb.

O, Azərbaycan və Pakistanın işgüzar dairələri arasında əlaqələrin yaxşılaşdırılmasının zəruriliyini qeyd edib:

“Özəl sektorun iştirakı olmadan biz heç vaxt səy göstərdiyimiz məqsədə nail ola bilməyəcəyik. Özəl sektor Azərbaycan-Pakistan hökumətlərarası birgə komissiyanın 2021-ci ilin dekabrında keçirilmiş VII iclası zamanı yaradılmış birgə işçi qruplarında iştirak etməlidir. Bu qruplar müxtəlif sahələri əhatə edir və özəl müəssisələr ticari-iqtisadi əməkdaşlığın inkişafında iştiraka dəvət edilməlidir”.

KTSP-nin prezidenti İftixar Əhməd Şeyx isə öz növbəsində ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə Azərbaycanı qarşıdan gələn “Mənim Kəraçim - Harmoniya oazisi” beynəlxalq sərgisində iştirak etməyə dəvət edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan üçüncü tərəfi danışıqlara qoşmaqla nəticə əldə etməyəcəyini anlayıb - VİDEO
İrəvan Mirzoyan-Bayramov görüşünü təsdiqləməyib? - Qazaxıstan XİN-dən AÇIQLAMA
Təlxəklərin qurbanı olan Ermənistan yuxudan ayıla biləcək?

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil