Futbol üzrə Azərbaycan 1-ci Liqanın 20-ci turunda keçirilən “İrəvan” - “Araz Saatlı” (1:4) matçı ilə bağlı araşdırma aparılır.
Oxu24.com xəbər verir ki, bunu “CBC Sport”a açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.
“Sözügedən oyun ictimaiyyətdə söz-söhbət doğurduğundan tərəfimizdən nəzarətə götürülüb, UEFA-ya da məlumat verilib.
Bundan başqa, güc strukturları da məlumatlandırılıb. Məsələ araşdırıldıqdan sonra daha ətraflı məlumat verilə bilər” - AFFA rəsmisi bildirib.
Oyun alqı-satqısında şübhəli bilinən həmin qarşılaşmanın videoicmalını təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR