Moskva yaxınlığındakı Domodedovoda uşaq meydançasına plastik bıçaq gətirən 13 yaşlı məktəblini təqaüdçü döyüb.
Oxu24.com xəbər verir ki, hadisənin videosunu REN TV yayıb.
Kadrlarda kişinin uşağa yaxınlaşması və digər uşaqların yanında bir neçə zərbə endirməsi, oğlanın yelləncək üzərinə yıxılması göstərilir.
Moskva vilayətinin prokurorluğu uşağın xəsarət alması hallarının araşdırılmasını nəzarətə götürüb.
“Şəxs 13 yaşlı yeniyetməyə yaxınlaşaraq onun başına və bədəninə bir neçə zərbə endirib, sonra o, üzərində oyuncaq bıçaq olan pencəyinin cibini cırıb atıb”, - deyə paytaxt prokurorluğundan bildirilib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR