Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106246
az

"Gecə ilə həmin şəkillərimi şəhərdən sökdürdüm"

19:3515 Aprel, 2024
155
CƏMİYYƏT
  • A

"Ətrafımda nə qədər adam mənə deyirlər ki, bəlkə hicabını açasan. Qəşəng mahnıların var, başını aç, klip çəkdir". 

OXU24.COM  xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Maqazin plyus"a müsahibəsində deyib. İfaçı hicaba keçdikdən sonra şəhərdə olan bütün çəkillərini yığışdırdığını söyləyib:

"Həyatda heç kim heç nədən sığortalanmayıb. Heç kim deyə bilməzdi ki, Xuraman 2013-cü ildə fevralın 16-da gündəmdə olan vaxtı şəhərin 20-i yerində billboardlarım asılmışdı. Hicaba keçdim və gecə ilə həmin şəkillərimi sökdürdüm. Çəkdirdiyim klipimi, görüntülərimi, şəkillərimi belə yığışdırdım. Radioda mahnılarımın yayımını da dayandırdım. Yəni mən belə bir imandan islama gəldim.

Ancaq insan gərək "heç vaxt heç vaxt" deməsin. Mən də bu sözü heç zaman heç bir hərəkətimdə demirəm. İstər ailəmlə, istərsə də hər bir şeylərlə bağlı böyük danışmıram. Sevərəkdən başımı bağlayıb, dinə gəlmişəm. Bundan sonra da 50 dərəcə isti olsa da, Allah mənə güc, qüvvət verər, buna da dözərəm. Hər şey Allahın əlindədir. Allah istəməsə, mənim bu başımda olmayacaq". 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha bir rektor işdən çıxarıldı
Şəhid ailələri ilə bağlı daha bir- Qərar
Görün qəhvə insan bağırsaqlarına hansı təsirləri göstərir

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı