Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106158
az

İran xüsusi təyinatlılarının əsir götürdüyü gəmidə Rusiya vətəndaşları var

10:5114 Aprel, 2024
78
DÜNYA
  • A

İranın ələ keçirdiyi MSC Aries konteyner gəmisinin göyərtəsində Rusiya vətəndaşları var.

 

Oxu24.com  xəbər  verir  ki, Bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.

 

Qeyd olunur ki, bunlar Primorsk diyarından olan dənizçilərdir.

 

 

Gəminin tutulması aprelin 13-də məlum olub.

 

Konteyner gəmisi BƏƏ-dən Hindistana Portuqaliya bayrağı altında üzürdü.

 

İran desantları Hörmüz boğazında Mi-17 helikopterindən eniblər. Həmin vaxt tankerdə 25 ekipaj üzvü olub.

 

Bunlar Rusiya, Hindistan, Pakistan, Filippin və Estoniya vətəndaşlarıdır.

 

Həmçinin qeyd edilir ki, MSC Aries israilli milyarder Eyal Oferin Zodiac Group-a məxsusdur. Gəminin dəyəri bir neçə milyard dollar qiymətləndirilir.

 

Bundan əvvəl İran Hörmüz boğazında İsrailə bağlı MSC Aries gəmisinin ələ keçirildiyini təsdiqləyib.

 

Aksiyaya mümkün səbəb İsrailin bu yaxınlarda İranın Dəməşqdəki konsulluğuna raket zərbəsi endirməsidir və binası tamamilə dağılmışdır.

 

İran bundan əvvəl İsraildə vurulan bütün hədəflərin hərbi hədəflər olduğunu bəyan etmişdi.

 

Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna səfiri etimadnaməsinin surətini XİN-ə təqdim etdi - FOTO
Gürcüstan parlamentində yenə dava düşdü - VİDEO
Türkiyə ordusu daha 15 terrorçunu zərərsizləşdirib