Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106131
az

Kərə yağı Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Tam siyahı

21:1713 Aprel, 2024
91
CƏMİYYƏT
  • A

Bu ilin yanvar ayı ərzində Azərbaycana xarici ölkələrdən 5 milyon 325,5 min dollar dəyərində 1004,14 ton kərə yağı gətirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk ayında idxal etdiyimiz kərə yağının miqdarı 22,8% və ya 186,9 ton artıb.

Məlumat üçün qeyd edək ki, bu ilin yanvar ayında ixrac olunan kərə yağının gömrük dəyəri ötən ilin eyni dövrü ilə müqayisdədə 16% ucuzlaşıb. Kərə yağının 1 kiloqramının gömrük dəyəri ötən ilin yanvar ayında 6,3 dollar (10,6 manat) olduğu halda, bu ilin ilk ayında 5,3 dollara (9 manat) düşüb.

Azərbaycan kərə yağını ən çox İrandan gətirib. Bu ölkədən Azərbaycana 1 ay ərzində 416,5 ton kərə yağı idxal olunub. Ən az kərə yağı isə İtaliyadan gətirilib. Yanvar aylarında İtaliyadan cəmi 10 kiloqram kərə yağı idxal edilib.

Bu ilin yanvar ayında idxal edilən kərə yağının ölkələr üzrə miqdarı və 1 kiloqramının gömrük dəyəri (ölkəyə giriş qiyməti) aşağıdakı kimi olub:

İran –  416,52 ton (7 manat)

Yeni Zelandiya – 382,47 ton (10,2 manat)

Belarus – 73,3 ton (9,9 manat)

Ukrayna – 40 ton (115 manat)

Finlandiya – 39,84 ton (11,2 manat)

Fransa –  21,99 ton (10,8 manat)

Almaniya – 20,27 ton (10,3 manat)

Türkiyə –  5,39 ton (15,3 manat)

Belçika – 3,36 ton (14,6 manat)

Litva – 720 kq (15,8 manat)

Latviya – 250 kq. (15,3 manat)

Polşa – 200 kq. (12,3 manat)

İtaliya – 10 kq. (86,7 manat)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Viaqra effekti verən qidalar – SİYAHI
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT
Bu yolda sürət həddi endirildi

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil