Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106121
az

Portuqaliya  İrandan məlumat tələb edir

19:5913 Aprel, 2024
45
DÜNYA
  • A

Portuqaliya Xarici İşlər Nazirliyi Hörmüz boğazında İran xüsusi təyinatlıları tərəfindən saxlanılan Portuqaliya bayrağı altında olan MSC Aries ticarət gəmisi haqqında İran rəsmilərindən məlumat istəyib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə EFE agentliyi məlumat yayıb.

 

Xarici diplomatik departament izah edib ki, onlar “İran hakimiyyəti ilə əlaqə saxlayırlar”.

 

Onlar Tehrandan izahat və əlavə məlumat tələb etdiklərini də qeyd ediblər.

 

Aprelin 13-də məlum olub ki, Hörmüz boğazında İran xüsusi təyinatlıları helikopterdə israilli milyarderlə əlaqəli gəmini zəbt ediblər.

 

Qeyd olunur ki, söhbət Portuqaliya bayrağı altında üzən MSC Aries konteyner gəmisindən gedir.

 

Gəmi israilli milyarder Eyal Oferin Zodiac Group-un bir hissəsi olan Londonda yerləşən Zodiac Maritime ilə əlaqələndirilir.

 

Zodiac hadisə ilə bağlı şərh verməkdən imtina edib.

 

Bir gün əvvəl MSC Aries Dubay sahillərində və Hörmüz boğazına doğru hərəkətdə müşahidə olunub.

 

Gəmi İsraillə əlaqəli gəmilər üçün ümumi təcrübə olan izləmə məlumatlarını söndürdü.

 

Bundan əvvəl İsrail İranı “pirat əməliyyatı” keçirməkdə ittiham etmişdi.

 

Nigar
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə “TikTok” qadağan olunur?
Ukrayna səfiri etimadnaməsinin surətini XİN-ə təqdim etdi - FOTO
Gürcüstan parlamentində yenə dava düşdü - VİDEO