Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106003
az

Əhməd necə azadlığa çıxa bilər? - Vəkildən AÇIQLAMA

16:5711 Aprel, 2024
928
HÜQUQ
  • A

5 nəfər ailə üzvünü  qətlə  yetirməkdə şübhəli bilinərək  həbs  edilən  Əhməd  Əhmədovla  bağlı  cəmiyyətdə  müzakirələr  davam  edir.

 

Oxu24.com  xəbər  verir  vəkil Sadiq  Əfəndiyev  bildirib ki,  tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin müddəti şəxsin psixi vəziyyətindən asılı olduğundan bu müddətin qabaqcadan müəyyən edilməsi mümkün deyildir.

 

Ola bilər ki, müalicə dövründə şəxsin psixi vəziyyətində hər hansı müsbətə doğru dəyişiklik olmasın yaxud onun vəziyyəti yaxşılaşsın və yaxud da əksinə pisləşsin

 

. Hər bir halda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə əsas verən şərtlər qaldığı müddətdə şəxs psixiatriya stasionarında saxlanılmalıdır.

 

Qanunvericlik şəxsin məhz psixi vəziyyətindən asılı olaraq  təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv edilməsinin əsaslarını müəyyən etmişdir.

Cinayət Məcəlləsinin 98-ci maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv edilməsi həkim-psixiatr komissiyasının rəyi əsasında məcburi müalicəni həyata keçirən tibb müəssisəsinin müdiriyyətinin təqdimatı ilə məhkəmə tərəfindən həyata keçirilir.

 

 

Psixi pozuntusu ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxs bu tədbirin tətbiqinin ləğv edilməsi və ya dəyişdirilməsi məsələsinin həll edilməsi məqsədi ilə altı ay müddətində bir dəfədən az olmayaraq həkim-psixiatr komissiyasında baxışdan keçirilməlidir.

 

Tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadıqda məcburi müalicəni həyata keçirən müəssisənin müdiriyyəti məcburi müalicənin müddətinin uzadılması haqqında məhkəməyə öz rəyini təqdim edir.

 

Məcburi müalicənin ilk dəfə uzadılması müalicənin başlandığı gündən altı ay keçdikdən sonra həyata keçirilir, bundan sonra məcburi müalicə müddətinin uzadılması hər il həyata keçirilir.

 

Şəxsin psixi vəziyyətinin yaxşılaşması səbəbindən onun barəsində əvvəllər təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi zərurəti olduqda və ya tibbi xarakterli digər məcburi tədbirlərin tətbiqinə ehtiyacı olduqda, tibbi xarakterli məcburi tədbirlərin dəyişdirilməsi və ya onların tətbiqinin ləğv edilməsi məhkəmə tərəfindən həyata keçirilir.

 

Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edildikdə məcburi müalicə edilən şəxs barəsindəki materialları məhkəmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir.

 

Göründüyü kimi, tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdən sonra şəxsin məhkəmə nəzarətindən kənar müalicəsinin həyata keçirilməsi, eləcə də onun sosial təminat üçün psixonevroloji müəssisəyə yerləşdirilməsi məsələsinin həll edilməsi üçün müvafiq materillar məhkəmə tərəfindən səhiyyə orqanına göndərilir. 

 

Psixatriya yardımı haqqında qanuna görə psixonevroloji müəssisəyə yerləşdirilmiş şəxs ildə bir dəfədən az olmayaraq tibbi baxışdan keçirilməlidir.

 

 Sağlamlıq vəziyyətinə görə müstəqil yaşamağa qadir olması barədə həkim-psixiatr komissiyasının rəyi əsasında, eləcə də şəxsin öz ərizəsi üzrə həkim-psixiatr komissiyasının rəyi əsasında və  qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxsə qulluq etməyi öhdəsinə götürən ailə üzvlərinin və ya qohumlarının ərizəsi əsasında şəxs psixonevroloji müəssisədən çıxarıla bilər.

 

Sonuncu əsasla ailə üzvləri və qardaş-bacı kimi yaxınları olmayan şəxsin psixonevroloji müəssisədən çıxarılması üçün yerli icra hakimiyyəti orqanı yaxud psixonevroloji müəssisənin ərizəsi ilə şəxsin mülki məhkəmə icraatı qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun üzərində yerli icra hakimiyyəti orqanının sərəncamı ilə qəyyumun təyin edilməsi zəruridir.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşə gecikməyə görə maaşdan pul tutula bilər?— VƏKİL AÇIQLADI
“İrşad Electronics” qanunları necə pozur?
Vəkillər Kollegiyasında “Dövlət hesabına hüquqi yardım” mövzusunda Ümumrespublika Müşavirəsi keçirilib

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“400 minlik yeyintidən xəbərim olmayıb”- Azad Rəhimovun oğlu