İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livanın cənubuna yeni hava zərbəsi endirib.
Oxu24.com xəbər verir ki,bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Onun məlumatına görə, hədəflər Ayt əl-Şaab kəndi ərazisindəki hərbi obyekt və Əl-Xiyam şəhəri yaxınlığındakı infrastruktur obyektləri olub.
Xəbərdə deyilir ki, ötən gün İsrail hərbçiləri “təhlükəni aradan qaldırmaq üçün” Livan ərazisi istiqamətində atəş açıblar.
Bu, Livan-İsrail sərhədi yaxınlığındakı An-Nakura kəndi ərazisində baş verib.
Miri
Oxu24.com
ŞƏRHLƏR