Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105948
az

Britaniya Müdafiə Nazirliyinin binası qırmızı rəngə boyandı

22:1710 Aprel, 2024
91
DÜNYA
  • A

Fələstin tərəfdarları Britaniya Müdafiə Nazirliyinin binasını sprey boya ilə boyayıblar.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə TASS məlumat yayıb.

 

Müharibə əleyhinə Gənclik Tələbi və Fələstin Fəaliyyəti hərəkatlarının bəyanatında deyilir: “Biz heç vaxt etirazlarda iştirak etmək bəhanəsi ilə insanların ictimai əmlaka ziyan vurduğu vəziyyətlərə dözməyəcəyik”

 

Hərəkat fəalları Britaniya hökumətindən Qəzza zolağında gedən müharibə ilə əlaqədar İsrailə silah tədarükünü qadağan etməyi, həmçinin İsrailin silah şirkətləri ilə əməkdaşlığı dayandırmağı tələb edirlər.

 

Bundan əvvəl Hollandiya Xarici İşlər Nazirliyinin Haaqadakı binası ölkə hakimiyyətinin Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqeyinə etiraz əlaməti olaraq qırmızı boya ilə boyanmışdı.

 

Etirazçılar Hollandiya Xarici İşlər Nazirliyini İsrailin Qəzza zolağında ayrıseçkilik etmədən hərbi əməliyyatlarında iştirakda günahlandırıb və departamentin binasının fasadında fələstinlilərin cəsədlərinin fotoşəkillərini yerləşdiriblər.

 

Bundan əvvəl ÜST Qəzza zolağında “yaxın tarixdə görünməmiş” aclıq elan etmişdi.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tbilisidə izdihamlı aksiya keçirildi
Türkiyə XİN Fransanın qərarını pislədi
Depardye sərbəst buraxıldı - YENİLƏNDİ