Ölkənin birinci bankı Kapital Bank və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin (ABMA) birgə tərəfdaşlığı ilə keçirilən 20-ci Azərbaycan Biznes Keys Yarışmasının (ABCC 2024) qalibləri bəlli olub.
Yerli və xarici tələbələri əhatə edən yarışmanın yarımfinal mərhələsində hər komandada 4 nəfər olmaqla 16 komanda qalib adı uğrunda mübarizə aparıb.
Yarışmanın birincisi 76 nömrəli komanda olub. 16 nömrəli komanda 2-ci, 79 və 4 nömrəli komanda isə eyni nəticə ilə 3-cü yerə layiq görülüblər.
Qalib komandaya 14 000 manat dəyərində pul mükafatı təqdim olunub.
Müsabiqənin keçirilməsində məqsəd ali təhsil müəssisələri tələbələrinin biznes yönümlü sahələr üzrə bacarıq və vərdişlərini təkmilləşdirmək, onların maliyyə, marketinq, hesabat, texnologiya və idarəetmə sahələrində praktiki vərdişlərə yiyələnməsinə dəstək olmaqdır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.
Oxu24.com
ŞƏRHLƏR