Tanınmamış Dnestryanı Moldaviya Respublikasının (PMR) rəhbəri Vadim Krasnoselski təhlükəsizliyin Rusiya sülhməramlıları tərəfindən təmin olunduğu region ətrafında eskalasiyanı müharibəyə aparan yol adlandırıb.
Oxu24.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Krasnoselski "Dnestryanıya toxunmamağa" çağırıb.
“Dnestryanıda eskalasiya müharibəyə, bəlkə də dünya müharibəsinə aparan yoldur. Yeri gəlmişkən, bunu çoxları başa düşür. Və çoxları bunun inanılmaz bir şey olduğunu iddia edirlər. Xeyr, hər şey mümkündür”,-deyə o0 bildirib.
Əvvəllər o, Moldova hakimiyyətini tərəflər arasında vasitəçilərin iştirakı ilə bağlanmış, demək olar ki, bütün müqavilələri pozmaqda ittiham edib.
Bundan əvvəl Moldova baş nazirinin müavini Oleq Serebryan ölkənin tanınmamış Dnestryanı Moldova Respublikası (PMR) ilə danışıqlardan faktiki olaraq çıxdığını və Tiraspol üçün “qaydaların müəyyən edilməsini” elan edib.
“Əvvəllər biz Kişinyov və Tiraspol arasında bütün məsələlər üzrə razılığa gələn danışıqlar aparmışdıq. İndi Tiraspola riayət etməli olduqları qaydalar verilir. Bu, onları çox qəzəbləndirir”, - Serebryan bildirib.
Afət
Oxu24.com
ŞƏRHLƏR