Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105808
az

Gürcüstan prezidenti xarici agentlər haqqında qanuna veto qoymağı planlaşdırır

19:4808 Aprel, 2024
159
DÜNYA
  • A

Gürcüstan prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyacaq.

 

Oxu24.com  xəbər verir ki, bu barədə prezidentin parlament katibi Georgi Msxiladze bildirib.

 

“Prezident, əlbəttə ki, konstitusiya hüququndan istifadə edəcək və sözügedən qanuna veto qoyacaq”, - Msxiladze bildirib.

 

Qanunun təsirinə məruz qala bilən müxalif Mtavari Arxi televiziya şirkəti bildirib ki, Tbilisinin mərkəzində Gürcüstan parlamentinin binasının girişində etiraz aksiyası başlayıb - müxalifət xarici agentlər haqqında qanunun geri götürülməsini tələb edib.

 

Aksiya iştirakçılarından birinin sözlərinə görə, aprelin 8-i bazar ertəsi qanun layihəsi parlamentin bürosunda qeydə alınmalıdır.

 

Almaniya Xarici İşlər Nazirliyinin mətbuat katibi Sebastyan Fişer bildirib ki, qanunun qəbulu ilə əlaqədar Gürcüstan Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunu itirə bilər.

 

Aprelin əvvəlində hakim “Gürcü arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze hökumətin xarici agentlər haqqında qanuna yenidən baxılacağını bəyan edib.

 

O, ABŞ, İsrail və Avstraliyada da oxşar qanunların olduğunu qeyd edib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Makrona doğum günü "sürprizi": Fransa prezidentini çətin günlər gözləyir
Culaninin başına qoyulan 10 milyon mükafat ləğv edildi
Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi azaldı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ