Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105645
az

İran İnqilabı Keşikçiləri Korpusu: İsrailə  cavab verəcəyik

20:1506 Aprel, 2024
76
DÜNYA
  • A

İran İnqilab Keşikçiləri Korpusu İsrailin İranın Dəməşqdəki konsulluğunun binasına endirdiyi və 2-si general olmaqla 7 iranlı hərbçinin həyatını itirdiyi hava hücumuna "təəssüflə" cavab verəcəyini təkrarlayıb.

 

Oxu24.com  xəbər  verir  ki, İnqilab Keşikçiləri Ordusundan verilən yazılı açıqlamada, “Sizi əmin edirik ki, sionist rejim və onun havadarlarının Dəməşqdə qorxaq terror cinayətini törətdiklərinə görə peşman olacaq şəkildə cəzalandırılması ilə bağlı milli tələbi yerinə yetirməkdə qərarlıyıq”,- deyə  o  bildirib.

 

İsrail aprelin 1-də İranın Dəməşqdəki səfirliyinin şəhərciyindəki konsulluq binasına hava hücumu həyata keçirib. Hücum zamanı İran İnqilab Keşikçiləri Ordusundan 2-si general olmaqla, ümumilikdə 7 nəfər həlak olub.

İran hücuma tez bir zamanda cavab verəcəyini açıqlayıb və hadisəyə görə ABŞ-ı məsuliyyət daşıyacaq.

İran Suriyadakı hücumdan sonra aprelin 2-də ABŞ-ın İrandakı maraqlarını təmsil edən İsveçrənin Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağıraraq ABŞ-a mesaj çatdırdığını açıqlayıb.

İran mətbuatında iddia edilib ki, Tehran rəhbərliyi İsveçrə vasitəsilə ABŞ-ı “İsrail hədəflərini vuracaq” məlumatlandırıb.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qazaxıstanda nazir tutduğu vəzifədən uzaqlaşdırılıb
Ukrayna Rusiya ərazisinə zərbə endirdi: Ölən var
Rusiyada güclü yanğın başlayıb