Avstriya kansleri Karl Nehammer Fransa prezidenti Emmanuel Makronun Ukrayna münaqişəsi ilə bağlı mövqeyi ilə razılaşmadığını bildirib.
Oxu24.com xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti yazır.
Nehammer Makronu münaqişənin gərginləşməsindən çəkinməyə çağırıb.
Nəşr Avstriya kanslerinin sözlərindən sitat gətirir: "Biz davamlı sülhə nail olmaq niyyəti ilə razıyıq. Lakin bu məqsədə çatmaq üçün yol seçimində bizim mövqelərimiz fərqlidir".
Nehammerin sözlərinə görə, o, ehtiyatlılıq prinsipinin tərəfdarıdır, Makron isə saxlama prinsipinin tərəfdarıdır.
Daha əvvəl Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov bildirmişdi ki, Moskva prezident Makronun Kiyev rejiminə yardım üçün hipotetik Avropa qoşunlarının göndərilməsi ilə bağlı bəyanatlarını Rusiyanın uğurunun təsdiqi kimi qiymətləndirir.
Afət
Oxu24.com
ŞƏRHLƏR