Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105570
az

Valideynlərin DİQQƏTİNƏ: Uşaqlarınızı oturaq həyat tərzindən UZAQLAŞDIRIN -  FƏSADLARI AÇIQLANDI

19:2005 Aprel, 2024
164
CƏMİYYƏT
  • A

İngiltərədə aparılan bir araşdırma uşaq vaxtından oturaq həyat tərzi keçirməyin damar sərtliyini artıra biləcəyini göstərib.

 

OXU24.COM  xəbər verir ki, Oksford, Bristol və Exeter universitetləri ilə Şərqi Finlandiya Universitetinin alimlərinin birgə apardıqları araşdırmada 11-24 yaş arası 1339 uşaq və gənc müayinə olunub.

 

Bu çərçivədə 13 il ərzində 1339 nəfərin damar sərtliyi dövri olaraq yoxlanılıb. Tədqiqatda alimlər müəyyən ediblər ki, uşaq və yeniyetmələrdə hərəkətsizlik müddətinin gündə 6 saatdan 9 saata qədər artırılması arterial sərtləşməni təxminən 10 faiz artırıb.

 

Digər tərəfdən, araşdırmada yaşlanmanın da arterial sərtliyi artırdığı, bunun da gənclərdə gənc yaşda ölüm riskini yüzdə 47 faiz artırdığı vurğulanıb.

 

Bundan əlavə, araşdırma gündə ən azı 3 saat yüngül fiziki fəaliyyətin damarların sərtləşməsi riskini minimuma endirməyə kömək edə biləcəyini ortaya qoyub.

 

Şərqi Finlandiya Universitetində doktor Andryu Agbaje sözügedən tədqiqatın əvvəkilərdən daha ciddi nəticə ortaya qoyduğunu bildirib: "Bizim tədqiqatlar uşaqlıqda hərəkətsizliyin sağlamlıq üçün əvvəllər düşünüldüyündən daha təhlükəli olduğunu vurğulayır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir - İlham Əliyev
COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi -QƏTNAMƏ
COP29-un bağlanış plenar iclası keçirilir

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi